Bu şəhərdə Rusiya ilə ABŞ arasında görüş olacaq

27-30 iyul tarixlərində Avstriyanın paytaxtı Vyanada Rusiya ilə ABŞ arasında strateji sabitlik mövzusunda görüş keçiriləcək.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, görüş çərçivəsində tərəflər arasında beynəlxalq təhlükəsizlik və silah nəzarətinin gücləndirilməsi sahəsində mövcud qarşılıqlı fəaliyyət və bir sıra məsələlər müzakirə ediləcək.

Facebook Comments