“Bizim bir düşmənimiz var, o da erməni və arxasında duran rus ayısı…”

Dəyərli dostlar, Avropadan ,Rusiyadan həyacanlı xəbərlər gəlir.Ermənilər hər yerdə üstümüzə gəlirlər. Ermənilərin həmin ölkələrdə azərbaycanlılara qarşı vəhşilikləri haqda vidiolar paylaşılır , müdafiəsiz qalmiş azərbaycanlılar ölkə başçısına müraciətlər edir Sadəcə mən onları paylaşmaq istəmirəm. Bu gün 14 iyuldakı yürüşlə əlaqadar həbs olunanları televiziyada nümayış etdirdilər. Bəli , təxribat olub , o möhtəşəm yürüşə zəhər qatanlara ALLAH lənət etsin! Ancaq günahlı – günahsız camaatı içəri atmaq ölkədə gərginliyə səbəb olur. Bəli , həmin adamlar , yəni təhrikçiər mütləq cəza almalıdır. Ancaq emosiyalara qapılıb qanunsuz əməllərə yol verənləri bağışlamaq olar. Çoxları da səhvini başa düşüb. Gəlin düşmənlərimizi sevindirməyək.
İndi isə bir xatirəmi sizinlə bölüşmək istəyirəm. Nə demək istədiyimi başa düşəcəksiniz. Çox istərdim ki , bunu dövlətin başında duranlar , istintaqçılar da oxusun və nəticə çıxarsın .
Deməli , 20 yanvar 1990 – cı il Bakı qırğınından sonra öz rusbaşlarımızın əli ilə 861 nəfər qeyrətli vətən oğullarını KQB həbs edib Rusiyanın zindanlarına atdı . Onlara mənəvi , psixoloji və fiziki təsirlər göstərməklə xalqımızın gözünü qırmaq istəyirdi Həmin vaxt mənimlə birlikdə həmyerlilərim Xanış Mehdiyev , Məhəmməd ( Mamed) Quliyev həbs edilərək Tiflişə , oradan isə xüsusi təyyarə ilə Rusiyanın ən dəhşətli həbsxanası olan Novoçerkask təcridxanasına apardılar. Bizimlə bərabər Ağdamın Qərvənd kəndindən olan Camal Əhmədovu və Şuşa televiziyasının aparıcısı Vidadı Bağırovu da həbs etmişdilər. Vidadı və Mamed həbsdən sonra dünyasın dəyişdilər. Ruhları şad olsun. Xanış və Camal sağdır. Allah onlara can sağlığı versin. Bir müddət sonra bizi Camal və Vidadidən ayırıb türmə maşını ilə Novoçerkask ilə Rostov arasında yerləşən Şaxta şəhərindəki KQB təcridxanasına gətirdilər. Bir müddət də burda saxladıqdan sonra bizi Rostov dəmir yol vağzalındakı Stolıpin qatarına gətirdlər. Dustaqlar üçün ayrılmış vaqonlara mindirdilər. Adi vaqonlardan dəmir reşotkaları ilə fərqlənirdi.

Bir az keçəndən sonra vaqona təxminən 30 kişi və bir qadın dustaq da yerləşdirdilər. Qatar yola düşdü. Nadzorların komandiri kapitan rütbəli bir gürcü svanı idi. Azərbaycanca bilirdi. Azərbaycanlı dostları olduğundan bizə yaxşı münasibət bəsləyirdi. Adı Şoto idi. Maraqlı burası idi ki , dustaq qadın tək saxlanılırdı. Biz haraya getdiyimizi bilmirdik. Gecə Şoto bizim yanımıza gəldi. Çay , peçenye verib dedi:

— Dostlar , biz indi Tiflisə gedirik. Orda sizi başqa konvoya verəcəyik. Onlar da sizi Stepanakertə general Safonovun yanına aparacaqlar və azad edəcəklər. Sizin camaat Moskvadan azad olmanızı tələb edib Narahat olmayın.

Çox sevindik , ona təşəkkür etdik. Bir az ora – bura baxıb güclə eşidiləcək səslə dedi :
— Azərbaycanlı dostlarım çoxdur. Sizin də narodnı frontdan olduğunuzu bilirəm. Sizə bir mühüm məlumat verəcəyəm. Sizdən başqa bu vaqonda olanların hamısı ermənidir. Hamısı da qatı resedivistlərdir. Qadın da . Adı Karine Minasyandır. Bakıda avtobusu partladıb.( həmin an barmağımı dişlədim. Bu , həmin alçaq erməni qızı idi. Həmin partlayışda bizim yerli Vəhid həkimin qardaşı Rafiqin həyat yoldaşı da həlak olmuşdu) Bu erməniləri isə Yerevana aparıb ermənilərə təhfil verəcəyik. Mən şübhələnmişəm. Bu gün də daxil olmaqla artıq altıncı etapdır ki , bu cür erməniləri Yerevana daşıyırıq. Məndə olan məlumata görə onları orda azad edib Qarabağa göndərirlər.

Çox gərəkli məlumat idi. Azad olduqdan sonra Ağdama gəlib Camalın ailəsinə xəbər göndərdik ( onu da çatdırmamışdılar) Telefonla Vidadinin ailəsini xəbərdar edib Cəbrayıla yola düşdük. Bir necə gün dincəldikdən sonra Camal və Vidadi haqda , Şotonun dediklərini həm AXC rəhbərliyinə, həm də müəyyən qurumlara xəbər vermək üçün Bakıya getdim. Rəhmətlik ELÇİBƏYLƏ , Tamerlan Qarayevlə ( o vaxt deputat istintak komissiyasının sədri idi) lazım olan məlumatları verdim. Elə oradaca T. Qarayev kiminləsə danışıb ermənilərin niyyəti haqda məlumat verdi

1993 – cü ilin mayın 8 – i idi. Ermənilərlə Göyçaylı Maili dəyişirdim. Ermınilər içərisində bütün Cəbrayıllıların yaxşı tanıdığı Hərəküllü Levon da var idi. Futbolçu idi. Bizim yığmada da oynayırdi bir vaxt.Mənimlə çox yaxın idi. Bir az keçmiş Levon məni kənara çəkib dedi :
—- Sağ tərəfə sakitcə bax.
Baxdım. İki saqqallı erməni idi. Sonra dedi:
— Onları tanımırsan.?
— Yox , – dedim-, birinci dəfədir görürəm. Nədir ki? – deyə soruşdum.
—- Onlar səni tanıyır. Deyirlər ki , 1990 – da Rostovdan Tiflisə bir vaqonda gəlmişik.
Xatırladım. Deməli , o vaxt Şoto düz deyirmiş. Həmin resedivist ermənilərdəndir.

İndi nəticə çıxarmağı sizin öhdənızə buraxıram. Burdan bir daha hüquq mühafizə orqanlarının rəhbərlərinə səslənirəm. Həbs olunanların işini diqqətlə araşdırın. Siyasi sifariş yerinə yetirməyin. Düşmən dəyirmanına su tökməyin . Günahı olmayanı dərhal azad edin. Bizim bir düşmənimiz var. O da erməni və arxasında duran rus ayısı.

Vaqif Əlisoy, Qarabağ Qazisi

Facebook Comments