“Əbülfəz Elçibəy siyasi plüralizmin təminatı idi” – CEYHUN NƏBİ

Ceyhun Nəbi

Əbülfəz Elçibəyin doğum və anım günlərində bir sıra adamlar 3 istiqamətdə müzakirələr yaradırlar. Məqsədli və qeyri-məqsədli yaradılan bu müzakirələr çox zaman məlumatsız, onun yaşam və fəaliyyətindən xəbərsiz olan adamlar tərəfindən yaradılır. Onunla bağlı 3 iddia belədir :

elçibəy, əbülfəz elçibəy

1. Əbülfəz Elçibəy Heydər Əliyevin adamı idi və hakimiyyətidə razılaşdırılmış qaydada ona ötürdü.
2. Siyasi bacarığı, səriştəsi yox idi.
3. Ondan prezident olmazdı, içirdi, parlamentdə siqaret çəkirdi, saqqal saxlayırdı və s.

Hər kəs fikrini ifadə etməkdə azaddır. Amma ifadə olunan fikirin həqiqət payının nə qədər olduğu təhlil və analizlərin nəticəsində üzə çıxır.

Əbülfəz Elçibəyin Milli Azadlıq Hərəkatı, prezidentlik dönəmi və ondan sonrakı son 7 il ərzindəki fəaliyyəti haqqında fikir bildirmək üçün heç şübhəsiz ki, o dönəmi, onun şərtlərini, dönəmin mövcud reallıqlarını bilmək mütləqdir.

Tarixə, şəxsiyyətlərə siyasətçilərin, tarixçilərin, xüsusi olaraq məişət səviyyəsində yanaşların baxış rakursu fərqli-fərqli olur və hərə bildiyi, məlumatlı olduğu səviyyədə cavab müyyən edir.

Əlbəttə ki, hər kəsin baxışından üst məqamda fundamental təhlil baxışı olan, geniş məlumat bazasına malik, ciddi analiz və təhlillər apara bilən tarixçilər cavab tapır. Tarixçilərin əsaslı və düşünülmüş arqumentlərinə əks arqumentlər çox zaman siyasiləşmiş və məişət səviyyəsində verilən cavablardir.

Ona görədə hər kəs müəyyən etdiyi baxış rakursunda mütləq bunu nəzərə alması daha doğrudur.

Gələk bu məsələlərin təhlil və analiz tərəfinə :

Ə.Elçibəy hərakat dönəmində ortaya qoyduğu mövqey birmənalı şəkildə aşkarlıq, demokratik prinsiplərə sadiqlik və siyasi plüralizmin təminatı idi. Bu sovetlərin dağılması mərhələsində sağlam mövqeyə sahib qüvvələrin qlobal çağırışı və ana ideyası idi. Əbülfəz Elçibəy bacarıqlı siyasi xadim olaraq bu qlobal çağırışa dəstək xətti götürərək bütün fəaliyyətini bunun əsasında qurdu. Əlbəttə bu çağırış postsovet məkanında nəzarət istəklərini daima yaşadan Rusiyanın maraqlarına zidd idi. Xaricdən və daxildən mövcud olan bütün imkanlarını bu prosesin önünü almağa səfərbər etmişdi. Hələ də ölkə daxilində Rusiyaya sadiqlik nümayiş etdirən qüvvələr güclü idi və parlamentdə, dövlət strukturlarında və cəmiyyətdə müəyyən qədər güc balansına malik idilər. Elçibəyin müəyyən etdiyi xətt və qlobal çağırışlara uyğun yanaşma belə bir situativ mərhələdə əks effekt verməyə başladı. Sovet vaxtı başı qapaz altında olan toplum bu mərhələdə geniş azadlıqlar eyforiyasinda atdığı addımların zərərli olduğunu anlamadı. Toplumun geniş bir çevrəsi isə xoşbəxtliyini Rusiya ilə görməkdə davam edir və yenədə ona sadiqlik nümayiş etdirirdilər. Bunlar xüsusi olaraq sovet vaxtı yüksək vəzifədə olmuş, cəbhə hakimiyyəti dönəmi vəzifədən uzaqlaşdırılmış adamlar idi. Ortaya qoyulan mövqey qisas və vəzifə ehtiraslarının olimpi idi. Belə olan halda şəbəkələşən rus yanlı siyasi tərəflər bütün istiqamətlərdə təşkilatlanmağa başladılar və hədəf olaraq Ə.Elçibəyin sıradan çıxarılmasını öz şəxsi və siyasi maraqları üçün ən uğurlu variant kimi müəyyən etdilər.

Bir tərəfdə şəbəkələşmiş rus yanlı qüvvələr, bir tərəfdə hakimiyyəti devirməyi qarşıya məqsəd qoymuş siyasi müxalifət(AMİP), bir tərəfdə məqsədsiz hərbi müxalifət, bir tərəfdə isə siyasi dayanlığı zəif olan toplum. Belə bir situativ mərhələdə hakimiyyətin davamlılığı sual altına düşdü. Parlament səviyyəsində onu istefaya məcbur etdilər. Hakimiyyətin yuxarı eşalonu bir-bir istefaya getdi. Həmin eşalondan sadəcə prezindent qalmışdı, belə desək qalmasininda heç bir mənası yox idi. Komandası, dəstəyi, ozunusaxlama gücü sıfıra enmişdi. Tək yol hakimiyyət postunu tərk etmək idi.

Facebook Comments