Makron yenə təkrarladı: NATO beyin ölümü yaşayır

Fransa və Türkiyə arasında Aralıq dənizində baş tutan insident NATO-nun beyin ölümü keçirdiyini sübut edir.

Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Mən sizi keçən ilin sonunda NATO-nun beyin ölümü haqqında bəyanatıma qaytarıram. Mən hesab edirəm ki, bir müddət öncəki insident bunu parlaq şəkildə nümayiş etdirir”, – deyə o bildirib.

Qeyd edək ki, iyunun 17-də Aralıq dənizində Türkiyə və Fransa gəmiləri arasında insident yaşanıb. Emmanuel Makron da insidentlə bağlı açıqlamasında Türkiyənin Liviyada təhlükəli oyun oynadığını bildirmişdi.

Facebook Comments