İlqar Məmmədov: “Hökumətin işini izləməyə məcburuq”

“9-11 milyon nəfər arasında əhali sayı olan 14 ölkənin koronavirus statistikasına baxdım. Bir daha təsdiq olunur ki, yoluxma sayı ən çox test sayına bağlıdır. Azərbaycandan az test keçirmiş yalnız 2 ölkədə yoluxma sayı daha çoxdur – İsveçdə – onlar virusun işinə çox da qarışmamaq qərarına gəldilər və Dominikada. Bizdən çox test keçirmiş bütün ölkələrdə yoluxma sayı bizdəkindən çoxdur”.

Sozcu.az-ın xəbərinə görə, bunu ReAI Partiyanın sədri İlqar Məmmədov deyib.

“Bu iki göstərici arasında korrelyasiya da çox yüksəkdir: 0,54. Amma ölüm sayının test sayına heç bir aidiyyatı yoxdur: korrelyasiya bərabərdir mənfi 0,05. Ölüm sayı kompleks digər amillərlə bağlıdır. Ola bilər bu amillər arasında virusun həqiqi yayılma əhatəsi ən böyük rol oynayır. Elə isə, onda demək Azərbaycan karantinə həddindən artıq tez başlamışdi. Digər amillər də mümkündür – BCG vaksininin tətbiqi tarixçəsi, əhalinin qocalığı, statistik məlumatların yığılması qaydası və s.

Yetərincə çox statistik məlumatlara çıxışım və vaxtım olsaydı ən müxtəlif hesablamalar etmək və vəziyyəti dəqiq dəyərləndirmək mümkündü. Amma hələlik hökumətin işini izləməyə məcburuq.

Yoluxma sayının birmənalı olaraq test sayına bağlı olduğu hökumətə rəqəmlərlə oynamaq üçün o qədər geniş imkanlar açır ki, bu sahədə tam şəffaflıq təmin edilməyincə, hökumətin məlumatları daim mübahisələndiriləcək və onlara kimsə inanmayacaq” – İ.Məmmədov qeyd edib.

Facebook Comments