“Tesla” Texasda yeni zavod tikmək niyyətindədir

“Tesla” şirkəti ABŞ-ın Texas ştatında yerləşən Ostin şəhəri yaxınlığında yeni zavod tikməyi planlaşdırır.

Sozcu.az-ın məlumatına görə, bu barədə “Electrek” internet nəşri xəbər yayıb.

Bildirilir ki, yeni tikiləcək zavodda elektrik mühərrikli “Cybertruck” pikapları və “Model Y” krossoverləri istehsal ediləcək. Şirkətinin rəhbəri Elon Mask zavodun qısa müddət ərzində tikiləcəyini düşünür. “Model Y”nin istehsalının bu ilin sonuna kimi, “Cybertruck”ın istehsalının isə gələn ilin sonuna qədər başlanması gözlənilir.

E.Mask artıq Nevadadakı “Tesla” zavodunda yeni müəssisənin layihəsi üzərində işə başlanaması barədə göstəriş verib. Bu layihəyə dair planların hələ də dəyişə biləcəyi barədə bildirilir.

Daha əvvəl E.Mask “Tesla” istehsal müəssisələrini Kaliforniya ştatından Texas və ya Nevada kimi digər ştatlara köçürə biləcəyini söylədyib. Sahibkar dəfələrlə yeni koronavirusun yayılması səbəbiylə Kaliforniyada tətbiq olunan sanitar tədbirlərin həddən artıq sərt olduğunu və “Tesla”nın işini tam şəkildə davam etdirməsinə imkan vermədiyini deyib.

Texas səlahiyyətliləri isə artıq ştatda sanitar məhdudiyyətləri qaldırmağa başlayıblar.trend

Facebook Comments