Saakaşvili ukraynalılara səsləndi: Komandama qoşulun!

Ukrayna Milli İslahatlar Mərkəzinin İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili yeni komanda formalaşdırdığını bildirib.

Sozcu.az xəbər verir ki, bu məlumatı Saakaşvili öz Feysbuk səhifəsində paylaşıb. O, ukraynalıları onun komandasına qoşulmağa səsləyib:

“Sizi Milli İslahatlar Mərkəzinin komandası salamlayır. Əgər siz bizim dostsevər, aktiv və güclü reformator komandamıza qatılmaq istəyirsinizsə, bu forumu doldurun”.axar.az

Facebook Comments