“Arsak və ya Arsax – Azərbaycan ərazisindəki türk tayfalarına məxsus qədim toponimdir”- Tədqiqatçı

Vİ sinfin, 2017-ci ilin nəşri olan “Azərbaycan tarixi” dərsliyinin “Albaniya dövlətinin yaranması” mövzusunda yerləşdirilən xəritə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Tarixçi, tədqiqatçı Elmar Həsənli özünün feysbuk səhifəsində məsələyə münasibət bildirib:

“Fotosunu gördüyünüz bu xəritə 2017 -ci ildə nəşr olunan 6-cı sinif Azərbaycan tarixi dərsliyində yer alıb .Xəritə də indiki Qarabağ bölgəsi qədimdə ”Arsax ” kimi yazılıb .Bu sözu ” ermənilər ” hal-hazırda, işğal olunmuş Azərbaycan torpaqları hesabına yaratdıqları qondarma rejimin adında işlədirlər. “Arsak və ya Arsax – Azərbaycan ərazisindəki qədim türk tayfalarına, yəni saklara məxsus qədim toponimdir.Türkcə izah olunduğu halda, bu söz nə qədim, nə də müasir erməni dilində heç bir məna vermir.IX əsrdən etibarən Göyçə gölünün şərq və şimal istiqamətində torpaqlar tarixdə ilk dəfə ümumi bir adla ” İşqiqulu ölkəsi ” ( İşquzeli ) adlandırıldı .Bu ad tarixdə Cənubi Qafqaz bölgəsini əhatə edən ilk etno -coğrafi məhfumdu .İşquz ( sak ) özü elə Oğuz deməkdi .Yəni ermənilərin ”Arsax ” kimi işlətdiyi söz elə sak sözündən meydana gəlib .Qeyd edək ki, Parfiya hökmdarı II Mitradat (m.ö.123-88) imperiyanın adını Ön Qafqazda tarixə çevirmək üçün “Part” namında böyük vilayət şəhərini saldırmış, onun tərkibində indiki Qarabağ torpaqlarını əhatə edən coğrafiyada imperiyanın banisi Başbuğ Arsakın şərəfinə “Arsak” adında ərazi bölgəsini yaratmışdır.Onu da qeyd edim ki ,Parfiya dövlətinin hökmdarının ikisinin adı Arsak olmuş .Tarixdə I Arsak və II Arsak adı ilə taxta çıxmışlar.Həm də Part xaqanları ” Arsak ” titulu daşıyıblar. Tarixçi Ravilsona görə ,partlar köçəri xalq olub ,Turani idilər .Kitabələrdə parfiyalılar ” Bozqır suvarilər geyimində ” təsvir olunublar. Parfiya xanədanını idarə edən sülalə elə işquz yəni sak əsilli idi .

Yazının hazırlanmasına tarixçi Əkbər Nəcəfin ” Hun minilliyi ” kitabından istifadə olunub “.

Facebook Comments