Qənirə Paşayevaya vəzifə verildi

Azərbaycanın Asiya Parlament Assambleyasında nümayəndə heyətinin tərkibi təsdiqlənib.

Sozcu.az-ın xəbərinə görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri seçilib.

Komitə sədri ölkəmizi Asiya Parlament Assambleyasında layiqincə təmsil etmək üçün həmkarları Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədovla birlikdə bütün gücləriylə çalışacaqlarını bildirib.

“Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmək kimi önəmli və məsuliyyətli bir vəzifəni mənə etimad gostərdikləri üçün Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirirəm. Cənab Prezidentimizin Milli Məclisdə çıxışında ölkəmizi beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil etmək, həqiqətlərimizi daha geniş çatdırmaq, dövlətimizin maraqlarını daha möhkəm qorumaq kimi önəmli tövsiyyələrini Asiya Parlament Assambleyasında yüksək səviyyədə həyata keçirmək üçün həmkarlarımla birlikdə yorulmadan çalışacağıq”, – deyə Qənirə Paşayeva bildirib.

Facebook Comments