VÖEN-in olmasının 190 manata aidiyyatı yoxdur – RƏSMİ AÇIQLAMA

“Mən Əmək və Əhalonin Sosial Müdafiəsi Nazirinin müavini ilə danışmışam və biz razılaşmışıq ki, 190 manatlıq ödəniş məsələsində VÖEN olması heç bir rol oynamır”.

Sozcu.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov VÖEN almış şəxslərə birdəfəlik ödənişlərin verilməsindən imtina edilməsinə münasibət bildirirkən deyib.

“Həmin məsələ ilə bağlı sualı yaranan vətəndaşın şikayəti araşdırıla bilər” – deyə o, qeyd edib.Report

Facebook Comments