Ağstafada Tatarovun əməlləri davam edir- Şəhid ailəsinin prezidentə müraciəti

Ağstafa rayonunun Xətai kəndində yaşayan şəhid ailəsi Əliyeva Gülgöyçək Musaməddin qızı Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə birgə həbs edilən onun 1-ci müavini Ramiz Tatarovun Xətai kəndində şəhid ailələrinin arasında nifaq salması haqqında yazaraq, prezident İlham Əliyevdən kömək istəyir.

Sozcu.az şəhid ailəsinin müraciətini olduğu kimi təqdim edir:

Cənab prezident!

Mən Əliyeva Gülgöyçək Musaməddin qızı Ağstafa rayonunun Xətai kəndində yaşayıram. Həyat yoldaşım Əliyev Elvar Məhərrəm oğlu 1993-ci ilə Azərbaycanın ərazi bütövlüyünü qoruyan zaman şəhid olub. Cavan yaşda  azyaşlı övladımla çox çətinliklərə sinə gələrək yaşamışıq. Hər zaman çalışmışam ki, övladlarım şəhid aləsi olmağın məsuliyyətini dərk edərək, dövlətinə sadiq olsunlar.

Ancaq çox təəssüf ki, dövlətimizin hümanistliyindən istifadə edən bəzi məmurlar vəzifə səlahiyyətlərini aşaraq, xalqla dövlət arasında uçurum yaratmağa çalışırlar. Ancaq çox şükür ki, belələri vaxtında üzə çıxarılaraq layiq olduqları cəzanı alırlar. Bu cür yaramaz məmurlardan biri də, mənim torpağıma göz dikən və hazırda həbsdə olan Ramiz Tatarovdur. Ramiz Tatarov vəzifədə olan zaman şəhid ailələrinə verilən torpaqlara göz dikməkdən də çəkinmədi.

1998-ci ilə keçirilən torpaq islahatı zamanı bizə də 10 sot üzüm bağı olmaqla 40 sot torpaq payı düşdü. Mən övladlarımla əziyyətlə o torpağı illərlə əkib-becərərək, ailəmizi dolandırdıq. Ancaq təxminən 2010-cı ildə Ağstafa rayon icra hakimiyyəti güya sənədlərimizin düzgün olmadığını dedi. Bundan sonra məlum oldu ki, 1998-ci ildə mənə düşən və üzərində özümün və övladlarımın alın təri olan torpağımı başqa bir insana – övladı Qarabağ savaşında itkin düşən Gülzar adlı bir xanıma  veriblər. Gülzar xanımla bizi üz-üzə qoyduqdan sonra məlum oldu ki, həmin torpağı Ulduz xanım adlı daha bir şəhid ailəsinə də veriblər. Biz üç şəhid ailəsini mənim qanuni torpağım üzərində üz-üzə qoyduqdan sonra , ortaya  Valentina adlı bir rus qadınını çıxardılar. Ümumiyyətlə bizim kənddən olmayan Valentina, Ttarovun dəstəyi ilə bizim torpaqlara iddia qoymağa başladı.

Ramiz Tatarovun həbsindən bir neçə gün öncə- dekabr ayının 12-də məni bəhanə ilə polis idarəsinə apardılar. Mən polisdə olduğum zaman əkin sahəmə traktor salaraq qanuni torpağımı Valentina üçün şumlayıb əkin əkməyə başladılar.

Cənab prezident!

Rəhmətlik Heydər Əliyevin 1998-ci ildə apardığı torpaq islahatları zamanı şəhid ailələrinə suya yaxın yerdə olan yararlı torpaq sahələri verilmişdir. Bu gün məmurlar  həmin yararlı torpaqlara göz dikiblər. Şəhid ailələrini üz-üzə qoymaqla həmin əkinə yararlı əraziləri  mübahisəli vəziyyətə saıb, sonunda bütün şəhid ailələrinin yararlı torpaqarını əllərindən almağa çalışırlar. Mən 22 ildir ki o torpağı əkib-becərirəm.  O torpağın üzərində mənim və övadlarımın aın təri var. Vətənin torpaqarı üçün canından keçən bir şəhidin ailəsinin dolanışıq yerinə göz dikmək Allahsızlıq deyilmi!? Sizdən artıq dərəcədə xahiş edirəm cənab prezident, bizi  bu haqsızlıqlardan xilas edin. Bizim sizdən başqa heç bir güvəniləsi kimsəmiz yoxdur.

Facebook Comments