İqtisadçı Afaq Bəşirqızı ilə bağlı yazdığı statusa görə “Facebook”da fəaliyyətini məhdudlaşdırdı

Yazdığım statusa kiçik bir sözardı…

Evdə qaldığımız müddətdə sosial şəbəklərdə fəallığı azaltmağa qərar verdim.

Hiss edilir ki, evdə qalmaq insanların əsəblərinə öz təsirini göstərir. Ona görə də yazılan fikirlər ətrafında müzakirələr bəzən əndazəni aşır, təhirqedici, kobud münasibətlə üzləşirsən.

Sonra bəzilərinə cavab verməli olursan, bir də görürsən yazmalı olduğun yazılar, oxumaq istədiyin mətnlər qalıb, günün yarısı səndən gedib.

Həmişə zamanı faydalı istifadə etməyin tərəfdarı olmuşam. Bu baxımdan bəzi dostlar “”sosial şəbəkələr” zamanı alır, ordan getmək lazımdır deyəndə haqlı olduqlarını bilmişəm. Sadəcə vətəndaş cəmiyyəti fəalı kimi öz sahəmdə ehtiyac duyduğum, insanların da hansısa kəsimi üçün gərəkli ola biləcək yazıları, faktları, fikirləri paylaşmaq üçün sosial şəbəklərin alternativinin olmadığını düşünmüşəm.

Bu vasitə bizi çlxışlarımıza embarqo qoyan, senzura tətbiq edən yekəxana TV rəhbərlərinin əlindən zamanında aldı. İndi isə bu şəbəkələr artıq bizim zamanımızı alan vasitəyə çevrilib. Düşüncə azadlığıdır, burda hər kəs nə isə istəsə bilər – amma əlbəttə mədəni, tərbiyəli, kobudluqdan uzaq formada.

Belə müzakirələrdən qaçmağın asan yolu var: profilini yalnız seçdiyin dostlar üçün açıq saxlayırsan. Amma, məsələn fb-də dostluq limiti məhdudu sayda olduğundan belə də edəndə xeyli insan kənarda qalmış olur.

Bir örnək verim: Koronavirus hələ dünyanı belə ağuşuna almamışdı, yanvarın əvvəllərində beynəlxaql kredit agentliklərindən birinə istinadən yazmışdım ki, virus pandemiyaya çevrilsə, dünya iqtisadiyyatını 2008 böhranından daha ağır böhran gözləyir. Özünü ağıllı sayan, Türkiyə universitetlərindən birində təhsil almış, amma heyf ki, tərbiyə qıtlığı yaşayan şəxs statusun şərh hissəsində xeyli kobud ifadələrlə eturaz edəndən sonra mənə “siz ekpert yox, yaxşı nağıl ustasısınız”. Heyf onu blok etdim, yoxsa indi adını tag edərdim dünyanın halına baxsın.

Bu səviyyədə adamlar çoxdur, amma bizim reallığımızıdır. O reallıq ki, özləri üçün zamanın dəyəri yoxdur, amma başqalarının zamanını alırlar.

Dünən yazdığım status haqda…

Mənə tutulan iradlardan biri niyə Afaq Bəşirqızına elita deyirəm. Mən “elita” sözünün etimologiyasını bilirəm, bu şəxsin status etibarı ilə siyasi elitada təmsil olunmadığını da bilirəm. Amma bizim kimi ölkələrdə formal siyasi elitadan başqa öz sahəsinin seçilmişlərindən, ən yaxşılarından ibarət qeyri- formal mədəni, elmi, media elitaları ən üst səviyyədə olan, ölkədə idarəetməni diqtə edən hakim qrupla çuğlaşır. Nəticədə bütün formal siyasi və qeyri-formal qeyri-siyası elitaların çuğlaşmasından vahid elita yaranmış olur. Kapitalın və siyasətin bizdəki qədər mərkəzləşmədiyi ölkələrdə mədəni və elmi elmi elita siyasi elitanın içərisində olmaya, avtonom güc mərkəzləri ola bilir. Məsələn, bizə ən yaxın olan və ən yaxşı bələd olduğumuz Türkiyə nümuməsi.

Yəni bir sözün ucundan tutub bu qədər ucuzluğa getmək izafi zaman enerjisidir.

Verdiyim qərar – bundan sonra ən azından pandemiya bitənə qədər fb-də yalnız iqtisadi yazılar paylaşacam. Yersiz fikir bildirən adamlara cavab verməyəcəm, təhqirləri həmən bloka edəcəm. Biz təhqirsiz, özündənrazı müzakirə aparmağı mütləq öyrənməliyik. Yox əgər təhqirsiz-söyüşsüz yaşamaq çox çətindirsə, daxili ehtiyacdırsa, çalışın belə olanda mütləq güzgünün qabağına keçin – kobud ifadələri, söyüşləri özünüzü yönəldin, mənfi enerjinizi boşaldın, sonra fb müzakirələrə davam. İnanın bu metod sizi çox rahatladacaq, zamanla mədəniləşəcəksiniz…

Rövşən Ağayev

İqtisadçı

Facebook Comments