VƏTƏNİN – TORPAĞIN DAŞI OLDU İSGƏNDƏR BOZQURD

Bu gün– aprelin 5-i İsgəndər Bozqurdunfani dünyaya göz yumub haqq dünyasına qovuşmasından 40 gün ötür. Biz isə verdiyimiz sözü tuta bilmədik  ,  40 günü VƏTƏN DAŞInıngörüşünə gedə bilmədik.  “Virusların şahı” yolumuza “qırmızı işıq yandırdı” . Gedib neyləyəcəkdik axı, nə danışacaqdıq görən?  Eləcə VƏTƏN DAŞImızagileylənəcəkdik, niyə sözünü tutmadı ,- ŞUŞANIN , LAÇININ, … KƏLBƏCƏRİN QURTULUŞU SAVAŞINDA  ÖNDƏ GEDƏCƏK BOZQURD OLMADI ?Sıralarımız seyrəlir , Dədəm Qorqud demiş,  HANI DEDİYİM BƏY ƏRƏNLƏR, DÜNYA(YA) MƏNİM DEYƏNLƏR?

İsgəndər bəy böyük şairlərimiz Bəxtiyar Vahabzadə ilə Məmməd Arazı özünün qoşa qanadı sayırdı , onların dünyalarının dəyişmələri ilə qanadlarının qırıldığını açıqlamışdı  . Sonra da ömür-gün yoldaşının onu yarıyoldaqoymasındanözünə gələ bilmədi.  İndi 40 gündüro dünyadan TORPAĞIN DAŞI KİMİ BOYLANIR.  Məmməd Arazın arzusu -istəyi yada düşür :

“BU TORPAĞIN DAŞI OLUB QALAYDIM, YOXDU ÖZGƏ UMACAĞIM “

Məğrur Bədəlsoy

Facebook Comments