Əcnəbilərin Rusiyaya girişi dayandırıldı

Rusiya hökuməti koronavirus epidemiyası səbəbindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərar verib.

Sozcu.az xəbər verir ki, məhdudiyyət 18 mart tarixindən 1 maya kimi davam edəcək.

Yeni qərar yük maşını sürücülərinə, yükdaşımaları həyata keçirən şəxslərə, diplomatlara və Rusiyada daimi yaşayan şəxslərə şamil edilmir.

Qeyd edək ki, bundan öncə Rusiya-Azərbaycan sərhədinin bağlanılması barədə məlumat vermişdik.

Facebook Comments