Şəmkirdə azyaşlını avtomobil vuraraq öldürdü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Sozcu.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçmək istəyən zaman “Mercedes” markalı mikroavtobus onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /APA

Facebook Comments