“Azərbaycanda həyat səviyyəsi 20 faiz ağırlaşacaq” – Rəsul Quliyev

“Neftin qiymətinin aşağı düşməsi büdcələri neft dolları ilə formalaşan ölkələrihn iflası ilə nəticələnə bilər. Verilən proqnoz (yəni barelin qiymətinin 20 dollara düşməsi) düz çıxarsa Rusiya,(büdcəsi 50 faizə yaxın neft və qazdan) Qazaxstan (60 faiz) Azərbaycan (80 faiz) və bu tipli ölkələrdə iflasdan xilas olmaq mümkün olmayacaq”.

Sozcu.az xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev neft qiymətlərinin kəskin düşməsinə dair açıqlamasında deyib:

“Rusiyada 100 rubl ,Azərbaycanda 3 manat bir dolların ekvivalenti olacaq.Başqa sözlə Rusiyada həyat səviyyəsi 30 faiz,Azərbaycanda 40 faiz aşağı düşəcəkdir. Mən proqnoz əsasında nə baş verəcəyini əsaslandırdım, ancaq bu səviyyədə iflasın olacaöını düçünmürəm. Ancaq istənilən variantda Azərbaycanda həyat səviyyəsi 20 faiz ağırlaşacaq”.

Facebook Comments