Ruslar vahimə içərisində: Türklər hərəkət edən hər şeyi vurur -VİDEO

Suriyanın İdlib bölgəsindəki Rusiya hərbi qüvvələrinin tərkibində olan rus jurnalist Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarının nə qədər təsirli olduğunu bildirib.

“Ölkə.Az” xəbər verir ki, rusiyalı jurnalistin açıqlamaları Türkiyənin PUA-larla davam etdirdiyi əməliyyatların miqyasını göstərib.

İdlib səmasında Türkiyənin PUA-larının göründüyü andan etibarən müharibənin gedişatının fərqli məcraya yönəldiyini qeyd edən jurnalist “Bu PUA-ların bu qədər istifadə edildiyini nəzərə alsaq, Türkiyənin pula heyfinin gəlmədiyi anlaşılır” deyib.

O, rejim hərbçilərinin hərbi və nəqliyyat vasitələrini gizlətmək məcburiyyətində qaldığını bildirib. Jurnalist qeyd edib ki, ön cəbhədəki rejim hərbçilərinin ona verdiyi məlumata görə, türklər hərəkət edən hər şeyi – konvoyları texnikanı, motosikletləri vururlar.

Facebook Comments