Əliyev-Paşinyan ayrıca görüşü nə zaman olacaq?

Ermənistan və Azərbaycanın XİN rəhbərləri iki ölkə başçısı – İlham Əliyev və Nikol Paşinyanın mümkün görüşü barədə danışıqlar aparırlar. Tərəflər təkcə bu görüşün harada və nə vaxt keçiriləcəyini deyil, həm də danışıqların nə barədə, nəyin ətrafında aparılacağını müzakirə edirlər.

Sozcu.az xəbər verir ki, Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Alman dalğası” radiosuna müsahibəsində bildirib.

Əliyevlə əvvəlki görüşləri şərh edən Paşinyan deyib ki, əslində bunlar danışıqlar deyil. “Biz, sadəcə, görüşürük və danışırıq, proseslər, danışıqların tarixi barədə fikir mübadiləsi aparırıq və ümid etmirdik ki, bu görüşlər çərçivəsində hansısa konkret dəyişiklik olacaq”, – o deyib.

“Hazırda bizim xarici işlər nazirləri mümkün görüşümüzü hazırlamaq üzərində işləyirlər ki, belə görüş tərəflər üçün daha aydın olsun: necə müzakirə edəcəyik, nəyi müzakirə edəcəyik. Bəzi konkret məsələləri həll etmədən bu münaqişəni həll etmək mümkün deyil”, – Paşinyan davam edib və işarə edib ki, Qarabağ adından danışıq apara bilməz.

“Bu, Dağlıq Qarabağın münaqişəsidir, bəs onu danışıqlarda kim təmsil edəcək? Qarabağ sakinləri onları danışıqlarda təmsil etmək üçün mənə mandat verməyiblər”, – o deyib.

Qeyd edək ki, bu müsahibə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində İlham Əliyevlə görüşdən iki həftə əvvəl verilib.

Qnuda deyək ki, publika qarşısında diskussiyadan öncə Əliyev və Paşinyan arasında qısa təkbətək görüş olub. Diskussiyanın olduqca kəskin keçdiyini və iki lider arasında mübahisə ilə nəticələndiyini nəzərə alsaq, güman etmək olar ki, tərəflər ortaq məxrəcə gəlməyiblər və ayrıca görüşün təşkili üçün təmas nöqtəsi tapmayıblar.

Facebook Comments