Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Qazaxıstanın Jambıl vilayətinin rəhbəri Əsgər Mirzaxmetov fövqəladə vəziyyət elan edib.

Sozcu.az xəbər verir ki, bu məlumatı “Tenqrinyus” agentliyi yayıb.

Məlumata görə, fövqəladə vəziyyət vilayətdə baş verən kütləvi dava ilə əlaqədar tətbiq edilib.

Bundan başqa, Mirzaxmetov müavininə kütləvi davanın nəticələrini aradan qaldırmaqla bağlı tapşırıq verib.

Qeyd edək ki, bundan öncə Qazaxıstanda baş verən kütləvi davada 8 nəfər həlak olub, 45 nəfər yaralanıb.

Facebook Comments