“Təkcə cinayəti törədən ər yox, məktəb rəhbərliyi və valideynlər də məsuliyyətə cəlb edilməlidir”

“Bunların hamısı onun göstərir ki, insanlar necə bir cinayət törətdiklərinin mahiyyətinə varmırlar…”

“Hesab edirəm ki, bu hadisədə cinayəti törədən təkcə ər yox, məktəb rəhbərliyi, valideynlər də məsuliyyətə cəlb edilməlidir, çünki onlar bu evliliyi bilə-bilə susublar”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova dünən 19 yaşlı əri tərəfindən öldürülən 16 yaşlı Fatimənin hadisəsi haqda danışarkən deyib. Qurub sədri bu cür hadisələrdə ancaq kompleks şəkildə mübarizə aparmağın faydalı ola biləcəyini bildirib:

“Bu qədər maarifləndirmə aparılır, amma nəticədə yenə belə arzuolunmaz hallar baş verir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, “erkən nigahla bağlı bir dənə cinayət işi tapa bilmirik, nigah var, amma şikayət edən yoxdur”. Bu isə yerli əhalinin bir-birinin əməllərini ört-basdır etməsidir. Bütün bunların hamısı onun göstərir ki, əhali bu məsələdə hələ ki, məsuliyyəti kifayət qədər dərk etmir və necə bir cinayət törətdiklərinin mahiyyətinə varmırlar. Bu faciədən sonra insanlar bilməlidir ki, on altı yaşlı qızın evliliyi zamanı hansı hadisələr baş verə bilər. Hesab edirəm ki, bu hadisədə cinayəti törədən təkcə ər yox, bununla yanaşı, məktəb rəhbərliyi və valideynlər də məsuliyyətə cəlb edilməlidir, çünki onlar bu evliliyi bilə-bilə susublar. Belə olmasa, heç bir rayon bundan bir nəticə çıxarmayacaq. Biz ancaq belə bir formada mübarizə aparmalıyıq. Niyə bələdiyyə, məktəb rəhbərliyi, icra nümayəndəliyi bu nigahı bilə-bilə susub? Demirəm kimsə həbs edilsin, amma ya cərimə olunmalı, ya da işdən uzaqlaşdırılmalıdırlar. Başqa cür biz bununla mübarizə apara bilməyəcəyik”.

Facebook Comments