Oqtay Gülalıyevdən xəbər var: GÖZLƏRİNİ AÇIR, ƏLLƏRİNİ TƏRPƏDİR

Tanınmış hüquq müdafiəçisi, bir müddət əvvəl avtomobil qəzası keçirmiş Oqtay Gülalıyevin səhhətində yenidən irəliləyiş müşahidə olunmağa başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə onun ailə üzvləri və yaxın hüquq müdafiəçiləri məlumat veriblər.

Oonlar bildiriblər ki, Oqtay Gülalıyev hər iki gözünü açır və əllərini tərpədir. Həkimlər hüquq müdafiəçisinin səhhətini nəzarətlərində saxlayırlar və lazım olan tədbirləri görürlər.

Facebook Comments