Sabirabadda polis narkotiklə tutulub? – Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının narkotik vasitə ilə saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sozcu.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli Report-a açıqlamasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşı olmuş Fərid Hüseynovun bir müddət əvvəl öz istəyi ilə daxili işlər orqanlarında xidmətdən xaric edildiyini bildirib:

“Hazırda yazılan məlumatlarla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Salyan RPŞ-nin əməkdaşı F.Hüseynovun Sabirabad RPŞ əməkdaşları tərəfindən saxlanıldığı, onun üzərindən narkotik vasitə götürüldüyü ilə bağlı məlumat yayılıb.

Facebook Comments