Milli şüur, milli konsepsiya, milli ideologiya nə vaxt hazırlanacaq?

Millətimiz topa-topa fəaliyyətdədir. Və hər bir topası elə bilir ki, onlardan düzü, ağıllısı yoxdur.

Bir topası meyxana deyir, o birisi repçidir, o biriləri şəbih deyir, bir topası şou biznesə gəlməyə çalışır, bir topası instagrama ilişib qalıb, bir topası tik tok çəkir, bir topası rusdillidir, bəziləri şıdırığı toy tutur, bir xeylisi cool ingilis dilli, bir topası troll, bir topası müxalifətdə, bir xeylisi pul qazanma dərdində, bir yığını deputat olmaq harayında, bir yığını ölkədən çıxmaq üçün sənəd düzəldir, bir topa hər gün restoranlardadır, bir yığını yazar olub, kitablarını oxutmağa oxucu axtarır. Hələ neçə topalar var hər gün niyə oyanıb, niyə yatdığını bilmir. Bir qarın çörək dərdində. Bir topası bahalı alış-verişdən başqa etdiyi yox.

Kim hansı zümrədəndir bilmirəm.

Və hər kəs uyduğu işə verib diqqətini. Ondan başqa dünyası yox, ondan başqa bildiyi yox. Bundan başqa etdiyi yox. Desək ki, hərə öz marağı üçün yaşayır. Bu da deyil.
Vahid ideologiya olmayanda belə olur. Hərə bir küncə sığınıb öz maraqlarını sulayır.
Birləşmək də budur. Repçinin də, siyasətçinin də, meyxanaçının da milli şüuru milli məsələdə yekdil olur.

Ta rus yaxşıdır duraq onun yanında, ya İrana, Turana sığınaq demir.
Milli şüur, milli konsepsiya, milli ideologiya nə vaxt hazırlanacaq?
Ta həmrəy nəyə deyirsiniz? Bu yalnız himn oxmaq deyil ki…

Jurnalist İradə İsaq

Sozcu.az

Facebook Comments