MSK siyasi partiyalardan hesabat tələb edir

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2019-ci il üzrə maliyyə hesabatlarını qəbul edir.

Sozcu.az-ın xəbərinə, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Xatırlatma: Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 48-i 2018-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Facebook Comments