MSK Müsavatın səlahiyyətli nümayəndələrini təsdiq etdi

Bu gün, dekabrın 20-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Müsavat Partiyasının 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətinə baxılıb.

Müsavat Partiyası seçki qərargahının sədri Gülağa Aslanlının “Basta”ya verdiyi məlumata görə, MSK partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.

Qeyd edək ki, Müsavat Partiyası 78 seçki dairəsindən deputatlığa 81 namizəd irəli sürüb.

Facebook Comments