D18 Hərəkatı bəyanat verdi

D18 Hərəkatı Milli Şuranın 19 oktyabr mitinqi zamanı polis tərəfindən vətəndaşlara qarşı işgəncələri pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir:

”Konustitusiyanın 49-cu maddəsi hər bir Azərbaycan vətəndaşına etiraz etmək, toplaşmaq hüququ tanıyır. Hakimiyyət son illər sərbəst toplaşma azadlığını pozur, etiraz edən insanlar həbs edilir, işgəncəyə məruz qoyur. Bu, Azərbaycan hakimiyyətinin vətəndaşlara qarşı ilk işgəncə faktı deyil, xüsusilə Daxili İşlər Nazirliyinin (DİN) saxlanma təcridxanalarında dəfələrlə vətəndaşların döyülməsi, işgəncələrə məruz qalması faktları təsdiqini tapıb. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarları var.

19 oktyabr mitinqi zamanı bir daha polis işgəncələrinin şahidi olduq.

Bütün bunları nəzərə alaraq İlham Əliyevdən tələb edirik;

– Daxili İşlər Naziri Vilayət Eyvazov istefaya göndərilsin,

– Çevik Polis Alayın rəhbəri Səhlab Bağırov istefaya göndərilsin,

– Soial mediada yayılan videolarda vətəndaşlara zor tətbiq edilən polis DİN orqanlarından azad edilsin, məsuliyyətə cəlb edilsin.

Facebook Comments