İranda etirazçılar prokuroru diri-diri yandırdı

İranın İsfahan şəhərində dünən gecə keçirilən nümayişlər zamanı prokuror öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.  Qeyd olunub ki, Esfarayenin Dövlət Prokuroru Əli Əkbər Hüseynzadə iğtişaşçılar tərəfindən yandırılan binada yanaraq ölüb.  Şimali Xorasan Prokurorluğunun açıqlamasına görə, etirazçılar yanğınsöndürənlərin müdaxiləsinə mane olub, buna görə də prokuror və onu müşayiət edən polis əməkdaşları yanğında həlak olublar. Prokurorluq məsələ ilə bağlı araşdırmaların davam etdiyini və şübhəlilərin tutulması üçün səylərin başlandığını bildirib.

Ukraynanın inkişafını Putinin gözü götürmədi

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsi tamamilə yalan üzərində qurulub. Sozcu.az xəbər verir ki, bu barədə “The Hill” yazıb: “Rusiyanın qələbəsinə inamını formalaşdıran açıqlamaları yalandır. Rusiya-Ukrayna müharibəsində Putinin irəli sürdüyü bütün iddialar – etnik ruslara təhlükə, Ukraynanın nasistlər tərəfindən idarə olunması və NATO-nun Rusiyaya təhdidi – yalandır. Putinin müharibəni qazanacağına dair inancı da yalan üzərində qurulub, çünki Kremlin kəşfiyyatı və hərbi qurumları ona yanlış məlumatlar ötürür. Ukrayna sürətlə inkişaf edirdi. Bu, korrupsiya dövlətini idarə edən Putinin xoşuna gəlmirdi. Onun məqsədi Ukraynanı məhv etmək və planlarındakı Rusiya imperiyasının tərkibinə qatmaqdır”.

Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 10-da güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Göygöldə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Kürd təşkilatları aktivləşdi: Azərbaycana qarşı torpaq iddiası

Kürd təşkilatlarının İranda baş verən etiraz aksiyaları fonunda tətil aksiyasına çağırışlarında yenidən Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları irəli sürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasının yaydığı bəyanatda əks olunub. Partiya çağırış bəyanatında "Makudan Loristana qədər, bir millət, bir ölkə" ifadəsini işlədərək, Qərbi Azərbaycan və Loristan əyalətlərini Kürdüstan torpaqları kimi qələmə verib.

Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı şok qərar

Rusiya 2024-cü ilin dekabrın 25-də Qroznı səmasında AZAL təyyarəsinin vurulmasını əmr edən general-mayor Aleksandr Tolopiloya qarşı bütün ittihamları ləğv edib. Sozcu.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb. “2025-ci ilin sentyabrın 2-də Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanının rəhbərliyi altında AZAL təyyarəsi ilə bağlı iş üzrə rəsmi xüsusi iclas keçirilib. İclasda 11-ci Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun birinci müavini, general-mayor Aleksandr Tolopilo da iştirak edib. İclasda gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün “Xalça” siqnalını elan edərkən qarşılıqlı əlaqəni yaxşılaşdırmaq qərarı ilə kifayətləniblər”, - məlumatda deyilib. Qeyd olunub ki, AZAL təyyarəsinin vurulması əmrini verən məhz Tolopilo olub: “Lakin faciədən bir neçə ay sonra o, iclasda iştirak edib, hesabat verib və heç bir ictimai nəticə olmadan xidmətini davam etdirib. Generalla bağlı bütün rəsmi araşdırmalar həmin vaxta qədər başa çatıb”.

ABŞ-dan İrandakı etirazçılara: Dünya sizi eşidir!

İranda internetin kəsilməsi belə etirazçıların səsini kəsə bilməyəcək. Sozcu.az xəbər verir ki, bu haqda Dövlət Departamentinin sosial media hesabındakı paylaşımında yazılıb. "İslam Respublikası rejimi İran xalqının səsini susdurmaq üçün interneti tamamilə kəsdi, ancaq iradə şəbəkə bağlantısı kimi susdurula bilməz. İran xalqı, dünya hələ də sizi eşidir və görür", - Departamentdən bildirilib.

Ən çox şikayət olunan internet provayderlər açıqlandı

Azərbaycanda ötən ilin dördüncü rübü üzrə internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib. 22 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) "Flexnet" MMC (14,99), "Sline" MMC (14,12), "Eurosel" MMC (8,61), "Maxinet" MMC (4,32), "Metronet" MMC (3,95) olub. Hesabatda sözügedən beş şirkətin şikayət indeksinin pisləşdiyi qeyd edilib. Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Metronet" MMC (16 gün), "Flexnet" MMC (15 gün), Naxçıvan RİNN İYTTM (Naxinternet) (13 gün), "Megalink" MMC (13 gün), "Azfibernet" MMC (13 gün) qərarlaşıb. Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.

Pis istirahət etməyiblər, üzləri gülür - Qurbanov

"Qarabağ"ın bəzi futbolçuları xəstələndikləri üçün fasilədən sonra komandaya gec qoşulublar. Sozcu.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. "Futbolçular pis istirahət etməyiblər. Xəstələndikləri üçün komandaya qoşulmayanlar var idi. Komandaya yaxşı qayıdıblar, üzləri gülür. Həvəslə məşq ediblər", - mütəxəssis vurğulayıb. O, klubda maliyyə ilə bağlı sıxıntının olmadığını söyləyib: "Hazırda güclü komandalarla yoxlama oyunlarında üz-üzə gəlməyə hazır deyilik. Oynayacağımız kollektivlər də ciddidir". Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.

Hazırda İranda baş verənlər misilsizdir - Tramp

İranda izdiham böyükdür. Ölənlər olub, amma bu daha çox tapdalanma nəticəsində baş verib. İnsanlar bir istiqamətə doğru qaçır. Bilirlər ki, bu, kütləvi qaçışdır, yəni izdihamdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı danışarkən deyib. “İnsanlar adətən mal-qarada olan kütləvi qaçışdan danışırlar. İndi isə insanlar qaçır və bu izdihamda çox sayda adam həlak olur. O rejimi devirmək istəyi inanılmaz dərəcədə güclüdür. Heç kim indiyə qədər belə bir şey görməyib, hazırda baş verənlər misilsizdir. Bu insanlar tamamilə silahsızdır. Onlar öz ölkələrini sevirlər. Mən İranı xəbərdar etmişəm. Əgər bu insanlara qarşı pis bir şey etsələr, biz onlara çox sərt cavab verəcəyik”, - o əlavə edib.

Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

2025-ci ildə dəmir yolu ilə Azərbaycan ərazisindən Ermənistana 6580 ton taxıl - 1000 tonu Qazaxıstandan, 5580 tonu Rusiyadan, eləcə də 1210 ton Azərbaycan benzini daşınıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan deyib. “8 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı idxal edilib, daha 4103 ton isə yoldadır. Həmçinin 7600 ton Azərbaycan neft məhsulları da yoldadır ki, bunun 6100 tonu benzin, 1500 tonu isə dizel yanacağıdır. Benzin və dizel yanacağının qiymətlərinin ötən ayın qiymətləri ilə müqayisədə litr üçün 80 drama (təxminən 36 qəpik) qədər azalacağı gözlənilir. Bu hadisələrə cavab olaraq, neft məhsulları ticarəti ilə məşğul olan digər şirkətlər də qiymətləri aşağı salmaq üçün çalışır”, - o bildirib.

Gürcüstan Ermənistan maşınları üçün yolu bağladı

Gürcüstan Ermənistanla sərhəddəki yollardan birini yük maşınları üçün bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Yol Departamenti məlumat yayıb. “Axaltsixe-Ninotsminda beynəlxalq yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, - məlumatda deyilib. Bu qərarın səbəbi kimi çətin meteoroloji şərait göstərilib.

Təhsil haqqında yeni qaydalar: "Kağız" ləğv olunur...

Azərbaycan Respublikasının Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydaları təsdiqləyib. Qəbul edilən qərar təhsil sistemində rəqəmsallaşmanı sürətləndirməyə, sənəd dövriyyəsini müasir elektron idarəetmə prinsipləri əsasında təşkil etməyə və vətəndaşlar üçün xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmağa yönəlib. Sozcu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, yeni qərara əsasən, Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli Qərarı ləğv edilir və onun əvəzinə rəqəmsallaşma və elektron hökumət prinsiplərinə uyğun yeni mexanizmlər tətbiq olunur. "Belə ki, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir. Yeni qaydaların əsas üstünlükləri: - Təhsil haqqında dövlət sənədləri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) üzərindən elektron formatda formalaşdırılacaq; - Təhsil sənədlərindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə edilə biləcək; - Bütün təhsil pillələri üzrə sənədlərə ştrix-kod əlavə olunaraq onların həqiqiliyinin operativ və onlayn yoxlanılması təmin ediləcək; - Məzunlar sənədlərini elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron qaydada paylaşa və zərurət olduqda çap edə biləcəklər; - Təhsil sənədlərinin dublikatlarının verilməsi, ləğvi və yenidən tərtibi vahid, şəffaf və tam rəqəmsal prosedurlar əsasında həyata keçiriləcək. Qaydalarda bakalavriat, magistratura və rezidentura səviyyələri, eləcə də orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə dövlət sənədlərinin məzmunu, verilmə müddətləri, verilməsindən imtina halları və hüquqi nəticələri sistemli şəkildə tənzimlənir. Bundan başqa, Nazirlər Kabinetinin 7 yanvar 2026-cı il tarixli 2 nömrəli Qərarı ilə "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nı da təsdiq edilib. Təsdiq olunmuş yeni qaydalara əsasən, təhsilini müxtəlif səbəblərdən tamamlamayan şəxslərə verilən arayışlar "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) üzərindən "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, elektron sənəd formasında yaradılacaq və müraciətçilərin Elektron Hökumət İnformasiya Sistemində (EHİS) yerləşən elektron kabinetlərinə təqdim ediləcək. Qaydalara uyğun olaraq, arayışlarda əks olunan məlumatlar EHİS üzərindən təqdim və əldə edilə biləcək. Elektron sistem vasitəsilə təqdim olunan məlumatlar kağız daşıyıcıda təqdim edilmiş sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq. Qeyd edək ki, qəbul edilən normativ dəyişikliklər təhsil haqqında dövlət sənədlərinin verilməsində şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə və təhsil sistemində rəqəmsal idarəetmənin institusional əsaslarının gücləndirilməsinə xidmət edir", - deyə məlumatda vurğulanıb.

Xamenei ölkədən qaçmağı planlaşdırır - Tramp

İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkəni tərk etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Vaşinqtonun İran ruhani liderinin ölkəni tərk etməyə hazırlaşması barədə məlumatı var, söhbət Rusiyaya qaçmaqdan deyil, naməlum istiqamətdən gedir”, - Tramp bildirib.

Rusiyaya qarşı sərt reaksiyalar tələb edirik - Sibiqa

Rusiya Lvova "Oreşnik" orta mənzilli ballistik raket zərbəsi endirdiyini iddia edir. Sozcu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib. “AB və NATO sərhədinə yaxın belə bir zərbə Avropa qitəsindəki təhlükəsizliyə ciddi təhdid və transatlantik birlik üçün sınaqdır. Rusiyanın ehtiyatsız hərəkətlərinə qarşı sərt reaksiyalar tələb edirik. Biz beynəlxalq tədbirlərə - BMT Təhlükəsizlik Şurasının təcili iclasına, Ukrayna-NATO Şurasının iclasına, eləcə də AB, Avropa Şurası və ATƏT daxilində cavab tədbirlərinə başlayacağıq”, - o bildirib.

Tehran alov içində - etirazlar silahlı toqquşmaya çevrilir

İranın bir sıra şəhərlərində etiraz aksiyaları davam edir. Sosial şəbəkələr və yerli teleqram kanalları toqquşmalar, yanğınlar və silah səsləri barədə məlumatlar yayımlayır. Lakin bu xəbərlər İranın rəsmi qurumları tərəfindən təsdiqlənməyib. Sozcu.az xəbər verir ki, Tehran şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinə məxsus motosiklləri yandırıb. Paytaxtın bəzi rayonlarında isə İslam İnqilabı Keşikçiləri Korpusuna aid binaların od vurulub. Bundan başqa, İsfahan şəhərində etirazçılar tərəfindən yerli telefon stansiyasının yandırıldığı bildirilir. Bu hadisələr fonunda ölkə üzrə telefon rabitəsi dayandırılıb. Bu arada ABŞ rəsmilərindən də bəyanatlar səslənib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun dinc etirazlarda iştirak edən və fikir azadlığını müdafiə edən insanları dəstəklədiyini bildirib. Onun sözlərinə görə, ABŞ İran hakimiyyətinin nüvə proqramı ilə bağlı Vaşinqtonla real danışıqlara başlamalı olduğunu düşünür. Vens qeyd edib ki, ABŞ-ın növbəti addımları ölkə prezidenti tərəfindən müəyyən ediləcək və bu dəstək bütün dünyada, o cümlədən İran xalqının hüquqları uğrunda çıxış edənlərə şamil olunur. Donald Tramp bildirib ki, əgər İran hakimiyyəti etirazçılara qarşı ölümcül zorakılığa əl atsa, ABŞ “sərt zərbə” endirəcək. Onun sözlərinə görə, ABŞ administrasiyası ölkədəki vəziyyəti diqqətlə izləyir. Tramp etirazlar zamanı onlarla insanın həlak olması ilə bağlı yayılan məlumatları şərh edərkən, bəzi ölümlərin məqsədli güc tətbiqindən deyil, izdihamın idarə olunması zamanı yaranan sıxlıqdan qaynaqlana biləcəyini qeyd edib.

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı

Güney Azərbaycan şəhərlərində geniş etiraz aksiyaları başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat və videolar yayıblar. Zəncan, Urmiya, Xoy, Ərdəbil, Təbriz, Marağa və başqa bir neçə şəhərdə izdihamlı mitinqlərin baş tutduğu bildirilir. Mitinqlərdə “Azadlıq, ədalət, milli hökumət”, “Ölüm olsun dikatora”, “Azərbaycan şərəfdi, Bəsici bişərəfdi”, “Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” kimi şüarlar səsləndirilir. Xüsusən Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində mitinqin gözləniləndən daha güclü və izdihamlı keçirildiy bildirilir. Mitinqlər keçirilən şəhərlərdə hökumət qüvvələri aksiya iştirakçılarına hücum edib, atəş açıb və həbslər həyata keçirsə də, hələlik yaralananlar və saxlanılanların kimliyi və sayını müəyyənləşdirmək mümkün olmayıb.

Cəlilabad xəstəxanasının vəzifəli şəxsi əlillik dərəcəsi ilə bağlı rüşvət almaqda ittiham olunur

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Əliyeva Könül Zakir qızının “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işlədiyi dövrdə müxtəlif qanunsuzluqlara yol verməsi barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-dən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. İbtidai istintaqla Könül Əliyevanın sözügedən vəzifədə işləyərkən həmin xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş İltizam Əzimovun köməkçiliyi ilə qanunsuz olaraq əlillik dərəcələrinin təyin edilməsi ilə əlaqədar saxta məlumatların müvafiq elektron informasiya sisteminə yerləşdirilməsi müqabilində ona müraciət etmiş çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlət büdcəsinə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Könül Əliyevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma) və 313 (vəzifə saxtakarlığı), İltizam Əzimova isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik), 32.5, 311.3.2 (təkrar rüşvət almaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı dövlət büdcəsinə dəymiş ziyanın isə qismən ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqaüdçülərə bəd xəbər - İqtisadçıdan XƏBƏRDARLIQ

Pensiyalarda gözlənilən 30-50 manatlıq artım ictimaiyyətdə birmənalı qarşılanmayıb. Rəsmi açıqlamalara görə, bu artım sosial təminatın gücləndirilməsi məqsədi daşısa da, bir çox vətəndaş gündəlik xərclərin fonunda bunun kifayət etmədiyini düşünür. Bəs bu artım real inflyasiya fonunda alıcılıq qabiliyyətini qoruyurmu? Məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırkıartımlar insanların gözləntilərinə cavab vermir: “Pensiyaların artımı ilə bağlı gözləntilər təbii ki, fərqlidir. Amma nəzərə almaq lazımdır ki, pensiyaları birdən-birə iki və ya üç dəfə artırmaq mümkün deyil. Təbii ki, hazırkı artımlar insanların gözləntilərinə cavab vermir. İnflyasiya, qiymət artımı, xüsusilə də ərzaq və dərman preparatlarının qiymətləri artan təqaüdlərin real dəyərini göstərmir. Yəni artımlar vətəndaşlara real təsir etmir. Ona görə də təqaüdün həcmi və ödəniş miqdarı, ümumiyyətlə, təqaüdçülərə ödənilən vəsait kifayət qədər artırılmalıdır”. İqtisadçı qeyd edib ki, ölkədə təqaüd sistemi yenidən qurulmalıdır: “Bunun yolları da tapılmalıdır. Təqaüd sistemi yenidən qurulmalı, ölkədə iqtisadi aktivlik olmalı, qazanc və büdcənin gəlirləri artırılmalıdır. Bütün bunlar nəticədə təqaüd formasında vətəndaşlara geri dönməlidir. Təəssüf ki, hazırda təqaüdlərin cəmi 8-9% artırılması planlaşdırılır ki, bu da inflyasiyanın yaratdığı yükü aradan qaldırmağa kifayət etmir”.

Qar yağacaq, yollar buz bağlayacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq

Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Lerik, Yardımlı, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Salyan, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki, Qobustanda cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Xızıda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Türkiyə birbaşa müdaxilədən çəkinməyəcək - Fidan

Suriya Demokratik Qüvvələrinə (SDQ) aylar əvvəl xəbərdarlıq edilib. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O bildirib ki, SDQ-yə verilən vaxt artıq başa çatıb və Suriya hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün mübarizə aparır. Nazir bildirib ki,SDQ nəzarəti altında olan əraziləri nəyin bahasına olursa-olsun saxlamağa çalışır: "Bu qruplaşma Suriyanın sülh və sabitliyə qovuşmasının qarşısındakı ən böyük maneədir. Belə barışmaz mövqe Suriyanın və bölgənin reallıqlarına ziddir. SDG-nin terrora və separatçılığa artıq vida etmək vaxtıdır". Hakan Fidan qeyd edib ki, zərurət yarandığı halda Türkiyə birbaşa müdaxilədən də çəkinməyəcək və tərəflərlə dialoq qurmaq baxımından heç bir çətinlik yoxdur.

5 ölkədən İranla bağlı xəbərdarlıq

İranda etiraz aksiyalarınn genişlənməsi səbəbindən Amerika, Britaniya, Kanada, Hindistan və Avstraliya İrana səfər etməmək barəsində vətəndaşlarına xəbərdarlıq ediblər. Sozcu.az xəbər verir ki, bu barədə İranın rəsmi İSNA xəbər agentliyi məlumat yayıb. Xəbərdarlıq bəyanatında İranda olan vətəndaşların da bu ölkəni təcili şəkildə tərk etmələri istənilib. Qeyd edək ki, İranda iqtisadi vəziyyətə görə kütləvi aksiyalar davam edir.

Əməliyyatda 100 nəfər ölüb, Maduro və arvadı yaralanıb...

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu saxlaması ilə bağlı keçirdiyi əməliyyat nəticəsində 100 nəfər həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Venesuela daxili işlər naziri Diosdado Kabello bildirib. Onun sözlərinə görə, ordu ölən 23 hərbçinin adını açıqlayıb. Kuba isə Venesuelada 32 kubalı hərbçi və kəşfiyyat əməkdaşının öldüyünü bildirib. “Hücum zamanı Nikolas Maduro ayağından, həyat yoldaşı Siliya Flores isə başından xəsarət alıb”, - nazir bildirib.

Tramp Rusiyaya qarşı sanksiyalara razılıq verdi

ABŞ Prezidenti Donald Tramp Rusiya əleyhinə sanksiyaların gücləndirilməsinə yönəlmiş qanun layihəsini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrehem deyib. “Bu gün bir neçə məsələ üzrə çox məhsuldar görüşdən sonra Prezident Tramp aylardır üzərində işlədiyim Rusiya sanksiyaları ilə bağlı qanun layihəsinə razılıq verdi. Ümid edirəm ki, gələn həftənin əvvəlində hər iki partiya layihəyə səs verəcək”, - Qrehem bildirib.