“Sex” xidməti göstərənlər həyatını riskə atan jurnalistdən daha yaxşı yaşayır”

Fərid İmran

Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə kütləvi informasiya vasitəsi var. Hökümətin, müxalifətin, xüsusi kəşfiyyat orqanlarının maraqlarına xidmət edən xeyli sayda mətbu orqan fəaliyyət göstərir.

Bu mətbu orqanlar isə özlüyündə 4 yerə ayrılır:

1) Hakimiyyətdən maliyyələşənlər,
2) Müxalifətdən maliyyəşənlər,
3) Dilənçilər,
4) Azad və müstəqil mətbu orqanlar.

Hər kəsə məlumdur ki, bu redaksiya haradan maliyyələşirsə, oranın da maraqlarına xidmət etməlidir. İlk 3-lükdən yazmaq istəmirəm amma azad və müstəqil mətbu orqanların hazırki durumu həm gülməli, həm də ağlamalıdır.

Gülməlidir ona görə ki, onların lehinə olan qanunlar işləmir. Azərbaycanda barmaqla sayıla biləcək qədər müstəqil redaksiyalar var ki, onlar da “Allah-Allah” deyib yaşayırlar və ya yaşamağa çalışırlar. Son illərdə xeyli sayda müstəqil mətbu orqanlar bloklanıb, işçiləri həbs olunub, ölkədən çıxışlarına qadağa qoyulub. Və daha nələr-nələr. Vəziyyət o həddə çatıb ki, açıq məhkəmə proseslərinə belə jurnalistlər buraxılmır.

Müstəqil mediadan yazmışkən qeyd edim ki, həmin redaksiyalarda çalışan əməkdaşların aldıqları məvacib gördükləri işlərin qarşılığında qat-qat azdır amma elə ən yaxşısı da budur.
Azərbaycanda xeyli sayda jurnalist aylıq 300-400 manata fəaliyyət göstərir. Fəvvarələr meydanı adlanan ərazidə “sex xidməti” göstərən işçilərin də 1 gecəlik qiyməti bu məbləğ civarındadır.

elə qənaətə gəlmək olar ki, “sex” xidməti göstərən və həzz yaşayan işçi həyatını riskə atan jurnalistdən daha yaxşı yaşayır.

Facebook Comments