Əkrəm İmamoğlu təkrar seçkilərdə qalib gəldi

İstanbulda bələdiyyə sədrliyi uğrunda bu gün baş tutan səsvermə başa çatıb.

Sozcu.az xəbər verir ki, yerli vaxtla saat 8-də açılan məntəqələr 17:00-da bağlanıb. Hazırda səslərin sayılması prosesinə start verilib.

Yayım qadağası götürüldükdən sonra seçkilərin nəticələri elan olunacaq.

İstanbulda səslərin artıq 95.2 faizi sayılıb. İmamoğlu hazırki nəticəyə əsasən, 53.68, Yıldırım isə 45.40 faiz səs toplayıb.

Yıldırım ilkin nəticə ilə bağlı Tvitter hesabında İmamoğlunu öndə getməsi ilə bağlı təbrik edib, uğurlar arzulayıb.

Facebook Comments