Ərdoğan və Paşinyan bunları müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsini müzakirə edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, görüş oktyabrın 6-da baş tutacaq:

“Türkiyə prezidenti Ermənistanın baş nazirinə ikitərəfli münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşlərini üçüncü ölkələrin ərazisində deyil, növbə ilə Türkiyə və Ermənistanda keçirməyi təklif edəcək. Ərdoğan həmçinin Paşinyana regionda gərginliyi azaltmaq üçün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini mümkün qədər tez imzalamağı təklif edəcək”.

Facebook Comments