Rusiyanın 35-ci umumqoşun ordusunun raket qoşunlarının rəisi Ukraynada məhv edildi…

Ukraynada Rusiya silahlı qüvvələrinin 35-ci ümumqoşun ordusunun (62825 saylı hərbi hissə) raket qoşunları və artilleriya rəisi, polkovnik Boris Totikov həlak olub.

Sozcu.az-ın məlumatına görə, “Ryazanskiye vedomosti” xəbər verir ki, sentyabrın 25-də Ryazan əhalisi işğalçı polkovnik ilə vidalaşıb.

Jurnalist Yuri Butusov Telegram-da yazıb ki, raket qoşunlarının və artilleriya qoşunlarının rəhbəri müasir müharibənin əsas halqalarından biridir.

Butusov qeyd edib ki, Rusiya mənbələrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində əks-hücumundan əvvəl işğalçıların İzyumdakı qərargahı Amerikanın yüksək dəqiqlikli HİMARS raketləri ilə vurulub.

Jurnalist əlavə edib ki, bu ərazidə məhz Rusiya Federasiyasının 35-ci ordusunun qərargahı qoşunların idarə edilməsinə cavabdeh idi və onların zonasında Ukrayna Silahlı Qüvvələri sıçrayış edib.

“…İndi aydındır ki, rusların məğlubiyyəti daha çox nəzarəti itirməsi və Ukrayna kəşfiyyatının Rusiya qərargahlarının yerini dəqiq müəyyənləşdirməsi və onların dəqiq məhvi ilə bağlı olub”, o vurğulayıb.moderator

Facebook Comments