Xoruzlar

Aclıqdan və susuzluqdan əziyyət çəkən xoruzlar soyuq və qaranlıq hinə yığışıb tülkünün zülmündən danışır və zülümdən necə xilas olmağın yollarını tapmağa çalışırdılar. Bəziləri tülkünün yuvasının qarşısında zülmmə etiraz əlaməti olaraq banlamağı, bəziləri gecəykən tülkünün yuvasına hücum edib onun gözlərini dimdikləyib çıxarmağı təklif edirdilər. Təklif edənlər çox, təklifi həyata keçirənlər isə yox idi.Hər gecə beləcə danışıb yuxuya gedər, cəhər açılar- açılmaz var gücləi ilə banlaşa-banlaşa hinin həyətinə çıxıb, künc- bucağında eşələnərək torpağın içindən yeməyə bir şey axtarardılar. Xoruzların sübh tezdən belə ucadan banlaması meşənin şərqində qonur ayının,qərbində isə pələngin yuxusuna haram qatdığı üçün ,onlar tülküdən xoruzların səslərinin kəsilməsinə bir tədbir görməsini əmr etmişdilər.Tülkü də xoruzların vəziyyətindən hali idi. Ona görə də xoruzları ələ almaq üşün müxtəlif hiylələr fikirləşirdi. Gecə xoruzlar yatandan sonra tülkü bir ovuc sap-sarı buğda gətirərək hinin həyətinə səpdi. Qoca xoruzun səhərin açıldığını xəbər verən banından sonra xoruzlar yem axtarmaq üçün hinin həyətinə çıxdılar. Hinin həyətinə tökülən qızılı rəngdə buğda dənələrini gördükdə əvvəlcə gözlərinə inanmadılar sonra buğda olduğunu bildikdə qoca xoruzlarla beçələr dən üstündə bir birlərinin pipiklərini al qana qərq etdilər. Artıq gecələr xoruzlar tülküyə qarşı savaşdan yox, səhər hamıdan tez durub çox dən yeməyi düşünürdülər. Tülkü hər səhər hinin həyətinə buğda tökdükcə xoruzlar arasında münasibət daha da sərtləşirdi. Tülküyə də elə bu lazım idi,o artıq xoruzlarla məzələnərək buğdanı artıq hinin həyətinin kənarındakı çirkli su ilə dolu arxa səpməyə başlamışdı.Xoruzla artıq buğdanın haraya səpilməsinin fərqinə varmırdılar.Təki yemək olsun .Peyinin işindən,çirkli suların axdığı arxdan da buğdanı tapıb yeyirdilər. Get gedə tülkü buğdanı öz yuvasının həyətinə qədər səpdi. Xoruzlar buğdanı yeyə – yeyə tülkünün həyətinə qədər gəlir və geri qayıdırdılar. Xoruzlar o qədər buğdağa aludə olmuşdular ki, artıq banlamaq yaddan çıxmışdı.Tülkü artıq buğdanı hinin həyətindən öz yuvasının daxilinə qədər səpmişdi. Beləliklə xoruzlar dən üstündə bir birlərini dimdikləyə – dimdikləyə gəlib tülkünün yuvasının içinə girdilər. Tülkünün hiyləsi baş tutmuşdu. Xoruzlar işəri girən kimi qapını bağladı.Xoruzlar bir daha geri qayıtmadılar.Tülkü öz yuvasında xoruzlar üçün hər şərait yaratmışdı.Hər güün onlara bolluca dən və su verirdi.Xoruzlar isə o qədər yeyib işirdilər ki artıq banlaya da bilmirdilər.Arada bir banlamaq istəyəndə öz hinlərinə tərəf baxırdılar. Tülkünün keçdiyi təlimdən sonra, xoruzlar banlamağı tamamılə unutdular. Beləliklə də qonur ayı ilə şir səhərlər rahat yatırdılar.

Əbil Həsən

Facebook Comments