İsrailin zərbələri nəticəsində Qəzzada 32 nəfər ölüb, 20 fəal saxlanılıb

İsrailin Qəzzə sektoruna endirdiyi aviasiya zərbələri nəticəsində 32 fələstinli həlak olub, 253 nəfər yaralanıb.

Sozcu.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Eyni zamanda İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində “İslami cihad” radikal Fələstin qruplaşmasının 20 fəalını saxlayıb. Həbslər xüsusilə Cenin şəhərində, Tsaida, Anaza və Rai kəndlərində, həmçinin Tulkərm qaçqın düşərgəsi ərazisində həyata keçirilib.

İsrail Ordusu Qəzza zolağında “İslami Cihad” hərəkatına qarşı “Sübh” əməliyyatına başlayıb. Belə ki, “İslami Cihad” terrorçuları son iki gündə İsrail ərazisinə 350-yə yaxın raket atıblar. Bunlardan 94-ü Qəzza zolağında, 29-u Aralıq dənizində, o cümlədən ikisi Təl-Əviv yaxınlığına düşüb.

Həmçinin “Dəmir günbəz” hava hücumundan müdafiə sisteminin 162 raketin qarşısını aldığı bildirilir. Hərbçilər əhalinin məskunlaşdığı ərazilərə atılan raketlərin zərərsizləşdirilməsində 95,9 % səmərəlilik nümayiş etdirdiklərini bildiriblər.

Facebook Comments