Xaricdən gələn avtomobillər barədə məlumatlar İSB-nin elektron informasiya sisteminə ötürüləcək

Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri və sahiblərinə dair məlumatlar elektron qaydada İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə ötürüləcək.

Sozcu.az-ın xəbərinə görə, bu, “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan Azərbaycan ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə, nəqliyyat vasitəsi üzrə etibarnamədə və sürücülük vəsiqəsində əks olunan məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir.

Facebook Comments