“Bütün dünya avqust ayında Ukraynanın ilk qələbələrinin şahidi olacaq…”

“Rusiyada SSRİ-də Stalinin ölümündən sonra yaranmış vəziyyət təkrarlana bilər…”

“Ya Putinin varisi hərbi əməliyyatları dayandıracaq, ya da ölkə bir neçə hissəyə parçalanacaq…”

“Ukrayna 1991-ci ilin sərhədlərinə çıxacaq və Putinin bu avantürasına son qoyulacaq”

“Putin necə ölə bilər?..”

“Bu gün Putin sağdırmı?”

Belə ritorik sualla Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov çıxış edib.

Sozcu.az xəbər verir ki, o, “RBK Ukraina” nəşrinin jurnalistinin sualını belə cavablandırıb.

“Elə mən də soruşmaq istəyirdim ki, siz Putinin kənarlaşdırılmasının hansı mümkün ssenarilərini görürsünüz? Bu, çevriliş olacaq, yoxsa hər hansı xəstəlik? O, həqiqətənmi xəstədir və biz indiyədək bunu bilmirik?”

“Siz özünüz bilirdinizmi?”- Budanovun həmsöhbəti öz cavabında təkid edib.

“Mən də buna cavab verməkdən vaz keçirəm”, – baş kəşfiyyatçı qeyd edib.

“Sadəcə, mənim nöbəti sualım “Putin necə ölə bilər?” sualı olacaqdı, indi isə heç bilmirəm nə deyim…” – Budanov cavab verib: “Mən haradan bilim ki? Bunun nə ilə bitəcəyinin istisnasız olaraq iki variantı mümkünür.

Birinci variant – Putinin varisi təkcə Ukraynada deyil, dünyanın bir çox guşələrində əsas əməliyyatları dayandırır və deyir: “Zəhmət olmasa, Rusiya üzərindən sanksiyalarınızı götürün, yeni münasibətlər quraq.

Rusiyanın buraya heç bir aidiyyəti yoxdur, bunadək dövləti idarə edən adam olub, bu, onun şəxsi problemləridir, o, manyakdır.

İkinci variant – Rusiyanın bir neçə, üç və daha çox yerə parçalanmasıdır”.

Budanovun fikrinə görə, Rusiyada müəyyən dərəcədə SSRİ-də Stalinin ölümündən sonra yaranmış vəziyyətə bənzər vəziyyət yarana bilər, o zaman “dahi rəhbər” şəxsiyyətə pərəstişdə və repressiyalarda ittiham edilib.

Budanov “varis” postuna iddialı ola biləcək adamların soyadlarını açıqlamaqdan imtina edib və “bu prosesə mane olmaq” istəməyib.

Budanov yenidən bəyan edib: “Avqustda siz və bütün dünya Ukraynanın ilk qələbələrini görəcəksiniz”.

O, Kiyev tərəfindən hərbi əməliyyatların bitməsi dedikdə nəyi anladığını izah edib:

“1991-ci ilin sərhədlərinə çıxış, bu Rusiyanın törətdiyi bütün bu avantüranın sonu olacaqdır”.

O, əlavə edib ki, dedikləri gələn il baş verə bilər.

Facebook Comments