Tələbələrin evinə silahlı basqın edən şəxsə 8 il HƏBS

Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Binnətzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunub.

Qeyd: Hadisə bu il yanvarın 30-u saat 12 radələrində Gəncə şəhərində qeydə alınıb.

Belə ki, Elnur Binnətzadə əlindəki bıçaqla tələbələr – Sadiq Cəfərli, Rüstəm Eyvazov və Kamran Cəfərovun kirayədə yaşadığı məzilə daxil olub. O, tələbələri hədələyərək həmin bıçağın yan tərəfi ilə onların başına zərbələr vurararaq, quldurluq edib. Elnur Binnətzadə həmin şəxslərin ümumilikdə 3900 manatlıq əmlak götürərək gedib.

Daha sonra Elnur Binnətzadə polis əməkdaşları tərəfindən tutulub.

Facebook Comments