İnfarkt və insultun qarşısını ala biləcək yeni üsul

Kembric Universitetinin və London Kollecinin alimləri, yaşla əlaqədər arteriya funksiyasının zəifləməsinin səbəblərini müəyyən edib. Damarların qalınlaşması infarkt, insult və demensiyanın əmələ gəlməsinin səbəbi kimi “PAR” birləşmələrini göstərmişdir.

Araşdırmaçılar məlum etmişdir ki, hüceyrələrin və ya onların DNK-nın zədələnməsi zamanı “PAR” sintezi əmələ gəlməyə başlayaraq damarların divarlarında qatlar əmlə gətirir. Bu halda damarlar elastikliyini itirməyə başlayır.

Damarlarda “PAR” sintezinin əmələ gəlməsi, yüksək qan təzyiqi və siqaretdən istifadə zamanı baş verir. Bunun üçün minosiqlin antibiotiki hazırlanmışdır. Siçanlar üzərində aparılan sınaqlar uğurlu alınmışdır.

Alimlər, antibiotiklərin növbəti 18 ay ərzində insanlara tətbiq olunacağını bildirir. Onların sözərinə görə, patoloji prosesi tam olaraq saxlamaq olmaz, lakin sağlam həyat tərzi xəstəliklərin baş qaldırma risklərini aşağı endirmək üçün mühüm rol oynayır.

Facebook Comments