Maaş, pensiya, təqaüd və müavinətlər artırılır? – Deputatdan AÇIQLAMA

“Dövlət büdcəsində neftin qiymətinin 85 dollar səviyyəsində nəzərdə tutulması ilə bağlı müzakirələr gedir. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə müzakirəsi keçirilib. Neftin qiymətinin 85 dollar səviyyəsində nəzərdə tutulması, təxminən 3 milyarda yaxın vəsaitin bölüşdürülməsi deməkdir. Prioritet sahələr müəyyən edilib”.

Sozcu.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, əsasən 5 sahəyə vəsait ayrılacaq: “Müdafiə və təhlükəsizlik məsələləri, ərzaq təhlükəsizliyi, yol infrastrukturu, əmək haqqı, pensiya və müavinətlər, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vəsaitin artırılması. İşğaldan azad olunmuş ərazilərdə əlavə işlərin qurulması üçün vəsaitin artırılması çox əhəmiyyətlidir. Eyni zamanda son vaxtlar ərzaq qiymətləri ilə əlaqədar çox ciddi problemlər var. Dünyada ərzaq qıtlığı mövcuddur, qiymətlər yüksəlir, inflyasiya sürətlənir və s. Bu məsələ də bizim üçün önəmlidir və buna müəyyən məbləğ ayrılacaq. Əmək haqqı, pensiya və müavinətlərlə əlaqədar da cənab Prezidentin iki sərəncamı var. Sərəncamlara uyğun olaraq bu sahəyə də müəyyən qədər vəsait ayrılacaq”.

Facebook Comments