Qəbələdə ağır qəza: ölü və yaralılar var

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Məlumata görə, qəzada ölənlər qohumdurlar.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments