Blinken pakistanlı həmkarı ilə danışdı

ABŞ dövlət katibi Entoni Blinkenlə Pakistan xarici işlər naziri Bilaval Bhutto Zərdari arasında telefon danışığı baş tutub.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.

“Blinken ABŞ və Pakistanın Əfqanıstanda sabitliyə, eyni zamanda terrorizmlə mübarizəyə sadiq olduğunu bir daha xatırladıb. Bundan başqa, tərəflər ticarət, investisiya, iqlim, enerji, səhiyyə və təhsil sahələrində davam edən əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıb”, – Prays bildirib.

Facebook Comments