ABŞ Ukraynaya bu PUA-ları göndərir

ABŞ Müdafiə Nazirliyi Ukraynaya yardım təşəbbüsü çərçivəsində ilk müqaviləni imzalayıb.

Sozcu.az xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinə “RQ-20 Puma” pilotsuz təyyarələrinin tədarükü üçün “AeroVironment” ilə 19,7 milyon dollarlıq müqavilədir.

Müqaviləyə PUA-nın özünün tədarükü, ehtiyat hissələri paketi, podratçı üçün maddi-texniki təminat və Ukrayna hərbçilərinin təlimi daxildir. İşlər mayın 30-dək başa çatdırılmalıdır.

Kiyevə veriləcək dronların sayı açıqlanmayıb.

Facebook Comments