AB-dən Bayramov-Mirzoyan görüşünə reaksiya

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında bu gün baş tutan telefon danışığını müsbət qiymətləndirib.

Sozcu.az xəbər verir ki, bu barədə Toyvo Klaar Tvitter hesabında yazıb.

“Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf. Avropa Birliyi birbaşa təmasları və əlaqəni dəstəkləyir”, – Klaar qeyd edib.

Facebook Comments