Türkiyə Müftiliyi “Metaverse” vasitəsilə virtual Həcc barədə qərarını açıqladı…

Türkiyə Diyanət İşləri Bakanlığı möminlərə xatırladıb ki, müqəddəs Kəbəni “Metaverse” vasitəsilə ziyarət etmək heç cür əsl Həcc ziyarətinə bərabər ola bilmə.

Sozcu.az xəbər verir ki, bu haqda “TRT World” məlumat yayıb.

Məsələnin bir ay davam edən araşdırılması və müzakirələrin nəticəsi olaraq Türkiyə Müftiliyi belə qənaətə gəlib ki, virtual reallıq vasitəsilə Kəbəni ziyarət etmək şəriətdə özlüyündə caiz olsa da, bunu Həcc ziyarəti və oradakı ibadət əməlləri ilə eyniləşdirmək olmaz.

“Möminlər Kəbəni “Metaverse”də ziyarət edə bilərlər, lakin bu, əsla əsl ibadət olmayacaq”, – deyən qurumun sözçüsü Rəmzi Birkan əlavə edib ki, əsl Həccdə zəvvarın ayaqları mqqəddəs məkanların torpağına dəyməlidir.

Beləliklə, virtual reallıqda Məkkəni ziyarət etmək müsəlmanlar üçün İslamın sütunu – Həccin yerinə yetirilməsini əvəz etməyəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları 2021-ci ilin dekabrında “virtual kainat”a Məkkə ziyarətgahlarına giriş icazəsi verib.

Xatırladaq ki, Azərbaycanın da bir sıra din xadimləri, ilahiyyatçı və şərqşünasları virtual Həcc ziyarətinin əsl ziyarətə heç cür adekvat olmadığı barədə fikirlər səsləndiriblər…

Facebook Comments