Bakıda ikimərtəbəli evdə yanğın oldu

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 m² sahədə yanıb.

Sozcu.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook Comments