“Bu vəsait hesabına Azərbaycanı Qafqazın İsveçrəsinə çevirmək olardı” – İqtisadçı

“1 yanvar 2022-ci il tarixə Azərbaycan əsas neft və qaz yataqlarından neft və qazın ixracatından əldə etdiyi gəlirlər 160 milyard dollara yaxınlaşıb. Belə ki, 2001-ci ildən etibarən Azər-Çıraq-Günəşli (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 155,373 mln. ABŞ dolları, 2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4,551 mln. ABŞ dolları olub. Bunununla əlavə həmin yataqlardan SOCAR 15 milyard dollardan çox qazanc əldə edib”.

Sozcu.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Bundan əlavə xarici şirkətlər dövr ərzində mənfəət neftindən dövlət büdcəsinə 18 milyard dollar vergi ödəyib. Beləliklə də indiyədək Azərbaycann yalnız 2 yataqdan (AÇG və Şahdəniz) cəmi gəlirləri 193 milyard dolları, bütün yataqlardan isə 200 milyard dollara yaxınlaşıb, deyəm iqtisaçı , Bu adambaşına 20 min dollar və ya 34 min manat, 5 nəfərlik ailə üçün 100 min dollar və ya 170 min manat vəsait deməkdir, – deyə qeyd edib.

İqtisadçı bütün bunlra baxmayaraq, vətəndaşların sürətlə yoxsullaşmasını da deyib: “Bu vəsait hesabına Azərbaycanı Qafqazın İsveçrəsinə çevirmək olardı, təəssüflər olsun ki, bu hakimiyyətin dövründə ölkədə artan neft gəlirlərinin fonunda kriminal kapitalın “demokratik” diktaturası hökm sürməkdə, korrupsiya çiçəklənməkdə, insan haqları pozulmaqda, azadlıqlar isə məhdudlaşdırılmaqda, əhali də artan qiymətlərin fonunda sürətlə yoxsullaşmaqdadır”.

Facebook Comments