Şəmkirdə qəsəbə icması icra hakimiyyətindən cavab gözləyir

Çinarlı Sosial İnkişaf və Xeyriyyə Birliyi icması olaraq 22 noyabr 2021-ci il tarixində Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində avtobus dayanacağının yaradılması ilə bağlı 100 nəfər qəsəbə sakinindən imza toplayaraq Şəmkir rayon icra hakimiyyətinə müraciət ünvanlamışıq. Dayanacağın qəsəbə üçün önəmi, əhəmiyyəti və yerli infrasturukturun əsas elementlərindən biri olduğu müraciətimizdə qeyd olunub. Müraciətimizlə bağlı işin nə yerdə olması haqqında hələlik məlumatımız yoxdur. İnanmaq istəyirik ki, İcra Hakimiyyəti bizim müraciətimizə müsbət yanaşacaq və yaxınlaşan qış aylarında qəsəbə sakinlərinin yollarda ekstremal hava şəraitində çətinliklər çəkdiyini nəzərə alaraq dayanacağın qurulmasına tez bir zamanda start verəcək. Həmçinin bu qəsəbə sakinlərinin dövlətin üst yerli instansiyasından ilk yazılı istəyidir və ictimai təşəbbüslərin daha qabarıq hal aldığı indiki zamanda müsbət bir hal kimi dəyərləndiriləcəyinə inanmaq istəyirik.

Çinarlı Sosial İnksaf və Xeyriyyə Birliyi

Facebook Comments