Dilara yeni sevgilisi ilə – FOTO

Aktrisa Dilara Aksüyek keçmiş sevgilisi, həmkarı Onur Baydandan ayrıldıqdan sonra yeni eşqə yelkən açıb.

Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın iş adamı Erkan Şen ilə münasibətdə olduğu ortaya çıxıb. Cütlük ötən gün Cihangirdə səmimi şəkildə görüntülənib.

Dilara sevgi ilə bağlı sualları belə cavablayıb:

“Düşünürəm, eşq müvəqqəti bir hissdir, zamanla sevgiyə çevrilə bilsə, daha qalıcı ola bilər. Sevgi çox daha vacibdir. Uşaq kimiyəm, deyəsən, belə də qalacağam. Ona görə də bütün hisslərimi çox həvəslə yaşayıram.

Sevgi acısını mənasız hesab edirəm. Dünyada çox sayda xəstəlik, ölüm, aclıq var… Doğulduğumuz andan bir çox şeylə mübarizə apararaq sağ qalmağa çalışırıq. Bu baxımdan sevgi acısı yaşamıram. Amma buna hörmət edirəm”.

Qeyd edək ki, Dilara sonuncu dəfə “Baş belası” serialənda Nazlı obrazını canlandırıb.

Facebook Comments