Güneydə keçmiş Qarabağ döyüşçüsünün yas mərasimi keçirildi

Birinci Qarabağ savaşı zamanı İran-Azərbaycan sərhəddini gizlincə keçərək Azərbaycan ordusu ilə birlikdə erməni işğalçılarına qarşı döyüşlərə qatılan güneyli soydaşımızın 40 mərasimi keçirilib. Musavat.com bununla bağlı GünAz.TV-yə istinadən xəbər verir.

Məlumata görə, əslən Meşginşəhrdən (Xiyav) olan soydaşımızın mərhum Ruhulla Dadaşnəjadın 40 mərasimi yanvarın 25-də, İran hakimiyyət orqanlarından gizli keçirilib. Məlumatda deyilir ki, Ruhulla Dadaşnəjad ermənilərin Dağlıq Qarabağa hücumu zamanı İran hökumətindən gizlin şəkildə bu taya keçən güneyli soydaşlarımızdan biri olub. Aylarca Dağlıq Qarabağda erməni işğalçılarına qarşı döyüşən soydaşımız İrana qayıtdıqdan sonra təqiblərə məruz qalıb. O, bir müddət həbs edilib və dəfələrlə Ettelaat İdarəsinə çağırılaraq sorğu-suala tutulub. Ötən ilin dekabrında dünyasını dəyişmiş keçmiş döyüşçünün 40 mərasimi ötən həftə keçirilib və məxfi keçirilməsi səbəbindən bu barədə xəbərlər də gec yayılıb.

Allah rəhmət eləsin!

Facebook Comments