Rusiya baş naziri bu gecə İrəvandakı caz klubunda erməni musiqisinə feyziyab oldu…

Avrasiya Hökumətlərarası Şurasının noyabrın 18-20-də keçirilən iclası çərçivəsində İrəvanda olan Rusiyanın baş naziri noyabrın 19-u axşamdan gecə yarıyadək erməni caz musiqisini dinləyib.

Sozcu.az xəbər verir ki, Ermənistanın “Johovurd” qəzetinin yazdığına görə, dünən Mixail Mişustin gecəni “Malxas” caz klubunda keçirib.
Məlumatda deyilir ki, Mişustinin özü məşhur erməni cazmeni Malxasın canlı əsərlərini dinləmək arzusunu bildirib.

“Qeyd edək ki, Malxasın çıxışları Rusiya elitasının bir çox nümayəndələrinə məlumdur və Rusiya rəsmiləri İrəvana gələndə Tumanyan küçəsindəki caz klubuna tez-tez baş çəkirlər. Burada Rusiya hökumətinin başçısı M.Mişustini bəlkə də az tanıyırlar, lakin bilmək lazımdır ki, o, bir sıra məşhur rus estrada müğənniləri üçün mahnılar yazıb. Mişustin yalnız texnokrat deyil, həm də mədəniyyət xadimidir” – deyə erməni qəzeti yazır.

Xatırladaq ki, Mixail Mişustin hazırda tutduğu vəzifəyə gələn gündən onun erməni mənşəli olması haqda media və sosial şəbəkələrdə kifayət qədər informasiyalar yayılıb.moderator

Facebook Comments