Qazaxıstanda mədəndə qəza: 6 nəfər öldü

Qazaxıstanın Karaqanda vilayətində mədəndə metan qazının sızması baş verib.

Sozcu.az xəbər verir ki, hadisə vilayətin Abay şəhərində baş verib.

İlkin məlumatlara görə, mədəndə 64 işçi olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Talqat Uali bildirib ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 2 nəfər yaralanıb (onların vəziyyəti dəqiqləşdirilir).

Qazaxıstan Respublikasının Baş naziri Askar Mamin tapşırığı ilə fövqəladə hallar naziri Yuri İlinin başçılıq etdiyi komissiya hadisə yerinə yola düşüb.

Facebook Comments